Xəbər lenti

Avropada işləməyən qaçqınları Ukraynaya qaytarmağı təklif edirlər - Zelenski
Dünya 17:43 03.01.2025

Avropada işləməyən qaçqınları Ukraynaya qaytarmağı təklif edirlər - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski qeyd edir ki, Avropada bəzi məmurlar işləməyən və vergi ödəməyən qaçqınların Ukraynaya qaytarılmasını təklif edirlər. 

Qaynarinfo xəbər verir ki, bunu dövlət başçısı "United News" marafonunda efirdə deyib.

Prezident qeyd edib ki, bəzi Avropa ölkələri Ukraynaya işləməyən və vergi ödəməyən Ukrayna vətəndaşlarını geri alsın deyir.

"Amma onlar orada işləməyən ukraynalıları aprmağımızı istəyirlər. Mən isə deyirəm: necə aparaq?"

Eyni zamanda, dövlət başçısı avropalı tərəfdaşlarına Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirir. Prezident qeyd edir ki, əgər Ukrayna hava hücumundan müdafiə üçün əlavə qüvvələr alarsa, o zaman o, Avropa ölkələrindəki ukraynalılara müraciət etməyə hazırdır ki, hamısı Ukraynaya qayıtsın.

"Mən ki hamını geri qaytaracağam, təkcə sizin üçün işləməyənləri yox. Biz hamını deyirik. Onlar isə deyirlər: yox, kim ki bizim üçün işləyir, qoy bu hissə qalsın”.

Onun sözlərinə görə, Avropa ölkələri vergi ödədikləri üçün işləyən ukraynalılara dəstək olub-olmamasından narahat deyillər. Ancaq Avropa ölkələri işləməyən ukraynalılara pul xərcləyirlər.

"Belə bir münasibət bəzi liderlərdə var... Bu, onların bəzi məmurlarının münasibətidir. İnsanların münasibəti deyil. Niyə onlar bunun barədə 
açıq danışmırlar? Çünki bilirlər ki, insanlar öz cəmiyyətlərində buna necə reaksiya verə bilər - necə, Ukraynaya kömək etməmək? Necə belə ola bilər, axı onlarda müharibə gedir - biz Ukraynanı dəstəkləyirik", - Zelenski deyib.

Eyni zamanda, ukraynalıların vətənə qayıtma yollarından danışan dövlət başçısı hesab edir ki, mütləq nəticə verəcək variantlar var.

"Əvvəlcə, çoxsaylı insanlar geri qayıtmaq istəyir. Bu, şübhəsiz işləyəcək. Təhlükəsizlik barədə danışan insanlar var. Müharibənin o və ya bu mərhələsi bitən kimi, tam olaraq müharibə və ya müharibənin isti mərhələsi bitərsə, ya da raketlər uçmayacaqsa - əminəm ki, insanların böyük hissəsi geri qayıtmağa başlayacaq", - deyə Zelenki bildirib.

Eyni zamanda, onun sözlərinə görə, hərbi vəziyyət olmasa, Ukrayna dövlətin bərpasına pul xərcləyəcək. "Rusiyanın dondurulmuş aktivlərindən hər cür pul daxil olacaq", - o əlavə edib.

O qeyd edib ki, hazırda büdcədən təhlükəsizlik və müdafiə sektoruna 1 trilyon 400 milyard qrivna ayrılır: "Bu pulun bir faizi çox tez, dərhal bərpaya gedəcək".

Dövlət başçısı əmindir ki, insanlar Ukraynaya iş tapmaq üçün gələcəklər. Sülh vaxtı üçün proqramlar da hazırlanıb.

Qeyd edək ki, Avropa İttifaqında müharibə səbəbindən ölkəsini tərk edən və müvəqqəti müdafiə statusu alan ukraynalıların sayı artmaqda davam edir . Sentyabrda bu rəqəm 33 min nəfər artıb. Ümumilikdə 4,19 milyon ukraynalı Aİ-də müvəqqəti qoruma statusu ilə qeydiyyatdadır. Ən böyük artım Almaniyada müşahidə olunur. Sentyabrda bu ölkəyə 7005 ukraynalı gedib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->