Xəbər lenti

Avropada koronavirusa rekord sayda yoluxma qeydə
Dünya18:49 25.12.2021

Avropada koronavirusa rekord sayda yoluxma qeydə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropada koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyada Milad bayramında 122 mindən çox insan koronavirusla yoluxub.
Almaniyada son sutka ərzində 22,2 min yeni yoluxma halı aşkarlanıb, 157 nəfər ölüb.
Portuqaliyada isə yoluxma 12,9 min nəfər təşkil edir ki, bu da rekord rəqəmdir.
İrlandiyada ötən günlə müqayisədə 2,5 mindən çox insan infeksiya ilə rastlaşıb.
Fransada Milad ərəfəsində 94 mindən çox insanin koronavirus testi müsbət çıxıb.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda "omikron"un artıq 110 ölkədə tapıldığı bildirilir.