Xəbər lenti

Avropada nəzir qutuları elektronlaşdırılır
Dünya14:22 27.12.2018

Avropada nəzir qutuları elektronlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçdə nağd pul istifadəsi məhdudlaşdıqdan sonra kilsələr nəzirləri elektron formada qəbul etmək metodunu tətbiq etməyə məcbur qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, kilsələrə bank kartı və ya kredit kartı ilə yardım bağışlanması üçün posterminallar quraşdırılıb. Paytaxt Stokholmdakı Sanbayberq kilsəsi elektronlaşdırılan ilk kilsə olub.
Statistikala görə İsveçdə 2010-cu ildə alış-verişlərin 40 faizi nağd ödənişlə edilirdisə, bu il bu rəqəm 10 faizə qədər azalıb.
Proqnozlara görə, 2025-ci ilə kimi alış-veriş mərkəzlərinin yarısı satışlarını elektron formada həyata keçirəcəklər.
Belə ki, artıq 18-24 yaş arası gənclərin 95 faizi nağdsız ödənişlərdən, o cümlədən bank kartları və Swish adlı tətbiqdən istifadə edirlər.