Ötən həftələrdə şiddətli soyuq, şaxta və qar səbəbindən baş verən avtoqəzalar nəticəsində 13 nəfər həyatını itirib.
Qaynarinfo xarixi mətbuata istinadən xəbər verir ki, Norveçin şimalındakı Troms bölgəsində 29 yaşlı isveçli bir qadın və 3 finlandiyalı itkin düşüb. Axtarışlar aparılsa da itkin düşən 4 turist hələ də tapılmayıb.
Avstriyada güclü qar səbəbindən minlərlə insan evdən çölə çıxa bilməyib, xizəkçilik mərkəzlərinin olduğu Alp dağlarının ətəklərində 2-si alman olmaqla 7 nəfər qar uçqunu altında qalıb.
Rumıniyada 67 yaşlı bir nəfərin donmuş cəsədi tapılıb. Həmçinin Afinanın şimalında yerləşən Kerateada isə pis hava şəraiti səbəbindən aşan avtomobildən 66 yaşlı bir qadının cəsədi çıxarılıb.
Soyuq hava şəraitinin davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.