Xəbər lenti

Avropada təbii qazın qiyməti rekord qırdı
Ekonomiks10:49 27.07.2022

Avropada təbii qazın qiyməti rekord qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropada təbii qazın qiyməti bir meqavatsaat üçün 223,85 avro ilə rekord qiymətə çatıb.
Qaynarinfo bu barədə TRT-yə istiadən xəbər verir.
Rusiyanın "Şimal axını” təbii qaz kəməri ilə Avropaya göndərilən qazın həcmini gücün 40%-dən 20%-ə endirməsi qiymətlərin artmasında təsirli olub.
Avropada qaz fyuçers müqaviləsinin qiyməti dünən bir meqavat saat üçün 199,91 avro olaraq açıqlanıb.
Bu gün isə 210,25 avrodan başlayaraq təbii qazın qiyməti əvvəlki qiymətlə müqayisədə 12% artaraq 223,85 avroya çatıb ki, bu da mart ayından bəri ən yüksək həddir.
Xatırladaq ki, Rusiyanın enerji şirkəti "Qazprom" bazar ertəsi Rusiyadan Almaniya üzərindən Avropaya qaz nəqli xətlərindən biri olan "Şimal axını" təbii qaz boru kəmərində istifadə edilən Portovaya kompressor stansiyasındakı Siemens turbin mühərrikinin texniki səbəblərdən dayandığını bildirib. Ona görə də bu xətlə göndərilən təbii qazın həcmi azalacaq.
Digər tərəfdən, dünən Aİ-yə üzv ölkələr Rusiyadan gələn qaz axınının kəsilməsi ehtimalını nəzərə alaraq, təbii qaz istehlakını 15% azaltmağa razılaşıblar.
M.Arif