
Böyük Britaniyanın iri şəhərlərində insanlar "yeriyən ölülər"ə çevrilirlər.
"Qaynarinfo" dailymail-ə istinadən xəbər verir ki, "Spice" adlı tiryəkəbənzər narkotik maddədən istifadə edənlərin biabırçı görüntüləri yayılıb. Mütəxəssislər sözügedən narkotikanın tərkibində 100-dən çox kimyəvi maddənin olduğu və ondan uzun müddət istifadənin qaraciyər, böyrək çatışmazlığı kimi xəstəliklərə, ən sonda isə ölümə səbəb ola biləcəyi xəbərdarlığını ediblər.
Şəhər sakinləri "Spice" aludəçilərinin küçənin ortasında yuxulamasında və ətrafı batırmasından şikayətlənirlər.
"Qaynarinfo" dailymail-ə istinadən sözügedən videogörüntü və fotoları təqdim edir:




