Xəbər lenti

Avropanın bu kosmos şirkəti "Vaqner"ə peyk şəkillərini ötürməkdə şübhəli bilinir - "Euractiv"
Dünya11:37 15.03.2023

Avropanın bu kosmos şirkəti "Vaqner"ə peyk şəkillərini ötürməkdə şübhəli bilinir - "Euractiv"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lüksemburqun İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi "Spacety Luxembourg SA” şirkətini Moskva və xüsusilə "Vaqner” özəl hərbi şirkətiylə əlaqələri iddiasına görə məhkəməyə verib.
Bu barədə Qaynarinfo "Euractiv”ə istinadən xəbər verir.
"ABŞ yanvar ayında Rusiyanın "Vaqner” özəl hərbi şirkətinə peyk şəkilləri təqdim etdiyinə görə şirkətə qarşı sanksiyalar tətbiq edib”, - məlumatda deyilir.
İqtisadiyyat Nazirliyi və XİN  "Vaqner”çilərə peykdən çəkilmiş şəkilləri təqdim etdiyi iddiası ilə prokurorluqda Spacety-yə qarşı iş açıb.
İki nazirlik RTL-nin sorğusuna cavab olaraq şirkətin "Aİ sanksiyalarını və 27 iyun 2018-ci il tarixli ixraca nəzarət qanununu” pozduğunu bildirib.
Buna cavab olaraq, törəmə şirkətin Belvaldakı ofisləri ilə müqavilə ləğv edilib və bəzi qurumlar Spacety ilə əməkdaşlığı dayandırıb.
"Bu, ABŞ-ın sanksiyaları və nazirliyin açıqlamalarından sonra Spacety ilə əməkdaşlığı rəsmən dayandıran Lüksemburq Elm və Texnologiya İnstitutu və Lüksemburq Universitetinə aiddir”, - deyə məlumatda bildirilir.
"Spacety Luxembourg S.A.” bütün ittihamları rədd edir.
Nizami Bağırov