Xəbər lenti

Avropanın bütün aeroportlarında... - İŞİD-dən ŞOK AÇIQLAMA
Dünya07:15 27.03.2016

Avropanın bütün aeroportlarında... - İŞİD-dən ŞOK AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqının bütün aeroportlarına adamlarımız yerləşdirilib. Bunu ABŞ radiostansiyasına müsahibəsində İŞİD liderlərindən biri olan Əbu əl-Ənsari bildirib.
Əbu əl-Ənsari İŞİD-in adamlarının hətta Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini təsdiqləyib.
Bir qədər əvvəl KİV-də məlumat yayılmışdı ki, terrorçu-kamikadze Bakrui qardaşları vaxtilə Brüssel aeroportunda xidmətçi işləyiblər. Yunanıstan mediası isə polis idarəsindəki mənbəyə əsaslanaraq bildirmişdi ki, terrorçularda Brüssel aeroportunun müfəssəl planı çoxdan olub. Həmin plan bir il əvvəl Paris hücumunun təşkilatçısı Abaudun Afinada qaldığı mənzildə aşkarlanmışdı.(baku.ws)
Qaynar.info