Avropa İttifaqına üzv ölkələr arasında alkoqola ən çox pul xərcləyən ölkə Estoniyadır.
Qaynarinfo Axar.az-a istinadən xəbər bu barədə Avropa Statistika Agentliyi hesabat açıqlayıb.
Məlumata görə, avropalılar ümumilikdə 2017-ci ildə spirtli içkilərə 130 milyard avrodan çox pul xərcləyiblər.
Estonlar öz gəlirlərinin 5.2 faizini, latviyalılar 4.9, litvalılar isə 4 faizini alkoqola sərf ediblər. Siyahıda növbəti yerləri Polşa 3.5 faiz, Çexiya 3.3 faiz, Macarıstan 3 faiz və Finlandiya 2.8 faiz tutub. Spirtli içkilərə ən az pul xərcləyənlər isə ispanlar (0.8 faiz), italiyalılar və yunanlar (0.9 faiz) olub.