Mövsümünə görə insanları ən çox maraqlandıran məsələlərdən biri istirahətdir, amma az pul xərcləyərək daha çox və daha yaxşı şəkildə istirahət etmək.
Hələ getmək istədikləri yer də Avropa ola.
Qaynarinfo.az sizə az bir büdcə ilə, amma gözəl və unudulmaz istirahət keçirəcəyiniz Avropanın bir neçə ölkəsindəki qiymətlərlə tanış edir.
1. Macarıstan
Budapeştdə ən ucuz nahar 5 avrodur. Orta səviyyəli restoranlarda isə iki nəfərlik (salat, şorba, qaynar yeməklər) yeməyin məbləği 29 avroya bərabərdir.
Hosteldə qiymət – 8 avro
İki nəfərlik otel otağının gecəsi – 10 avro
2. Ruminiya
Ucuz kafelərdə və fastfudlarda 4,5 avroya rahatlıqla yemək yeyə bilərsiniz. Axşam naharının qiyməti isə əla restoranlarda 11-14 avro arası dəyişə bilər.
Hosteldə qiymət – 5,94 avro
İki nəfərlik otel otağının gecəsi – 15 avro
3. Serbiya
Paytaxt Belqradda əla restoranda qiymət 9 avrodur.
İki nəfərlik otel otağının gecəsi – 32-41 avro arası dəyişir.
Otelləri baha hesab etsəz, Hostels.com-dan hətta 3,98 avroya belə hostellər tapa bilərsiniz.
4. Çernoqoriya və yaxud Monteneqro
Paytaxt Podqoritsada ucuz restoranda naharın qiymət 5 avrodur. Orta səviyyəli restoranda (salat, şorba, qazan yeməkləri) isə qiymət 25 avro təşkil edir.
Hosteldə qiymət – 7,30 avro
İki nəfərlik otel otağının gecəsi – 16 avro
5. Bolqarıstan
Paytaxt Sofiyada ən ucuz naharın qiyməti 4,09 avrodur. Orta səviyyəli restoranda isə bu qiymət 20,45 avroya qədər yüksəlir.
Hosteldə qiymət – 4,89 avro
İki nəfərlik otel otağının gecəsi – 15 avro
Qeyd: Çalışın gedəcəyiniz yerlərdə qalmaq istədiyiniz otel-hostelləri (həmçinin təyyarə biletini) öncədən bron edin. Bu şəkildə ucuz qiymətlərlə səfər edə bilərsiniz.(sey-yah.com)
Hostellər üçün hostels.com və hostelworld.com
Qaynarinfo.az
Şərhlər