Xəbər lenti

Avropanın məşhur klubu adını dəyişir: "Qarabağ"
İdman05:24 12.09.2014

Avropanın məşhur klubu adını dəyişir: "Qarabağ"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı investorlar Avstriyada klub alıb. Qaynar.info musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Neue Zürcher Zeitung" saytı yazıb. Söhbət "Ottakring" klubundan gedir.

"Ottakring" klubu Vyananın qərbində yaradılıb. Klub ölkənin yüksək futbol liqasının 6-cı pilləsini tutur. Bu yaxınlarda isə Azərbaycandan olan səhmdarlar bu kluba müştəri düşüblər. Onlar klubu satın almaq istəyiblər. Amma bir şərtlə: komandanın adı "Qarabağ" olmalıdır.

Hazırda klubun adının "Qarabağ" olması ilə bağlı işlər aparılır. Məqsəd Vyana "Qarabağ"ının Avstriya çempionatında yer tutmasıdır.

Azərbaycanlı səhmdarların "Ottakring" klubunu satın almaq üçün nə qədər ödədiyi açıqlanmır.

Komandanın rəsmi saytında da artıq ad dəyişikliyi edilib və ""Qarabağ" futbol klubu" yazılıb.

Klubu alan investorların adları açıqlanmır.

Qaynar.info