Xəbər lenti

Avropanın təhlükəsizliyi: Almaniyada nüvə silahlı qırıcılar yerləşdirilə bilər
Dünya 12:00 25.02.2025

Avropanın təhlükəsizliyi: Almaniyada nüvə silahlı qırıcılar yerləşdirilə bilər

Fransada ABŞ qoşunlarının Avropada gələcək mövcudluğu ilə bağlı qeyri-müəyyənlik fonunda Almaniyada nüvə silahı daşıyan qırıcıların yerləşdirilməsini mümkün hesab edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə The Telegraph nəşri yazır.

Gözlənildiyinə görə, Almaniyanın növbəti kansleri olacaq Fridrix Merz Britaniya və Fransanı Avropanın nüvə çətirini gücləndirməyə çağırıb, çünki o, Avropanın Donald Trampın Amerikası qarşısında müstəqilliyinə nail olmağa çalışır.

Adı açıqlanmayan fransız rəsmisi nəşrə bildirib ki, Almaniyada qırıcıların yerləşdirilməsi Vladimir Putinə bir mesaj ola bilər, Berlindəki diplomatlar isə bunun Böyük Britaniya hökumət başçısına eyni addımı atması üçün təzyiq göstərə biləcəyini ehtimal edirlər.

"Almaniyada bir neçə fransız nüvə qırıcısının yerləşdirilməsi çətin olmamalıdır və bu, güclü bir siqnal olardı", – deyə mənbə bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->