Bazar ertəsi, noyabrın 28-də Avropanın yeddi ölkəsinin - Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Kiyevə gəliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç öz "Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri ən böyük nazirlər qrupu Kiyevi və ukraynalıları dəstəkləməyə gəlib.
"Şimali Baltikyanı ölkələrin xarici işlər nazirləri Kiyevə səfər edir və Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşürlər. Bu, Rusiya təcavüzü başlayandan bəri Ukraynaya səfər etmiş ən böyük nazirlər qrupudur. Əsas məsələ Ukraynanı dəstəkləməyə necə davam etməkdir”, - Rinkeviç bildirib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto öz "Twitter" səhifəsində Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilən rus qoşunlarının hərbi texnikasının fotosunu dərc edib.
"Kiyevdə müharibənin dözülməzliyi mövcuddur. Müstəqilliklərini müdafiə edən ukraynalıların cəsarətinə və qətiyyətinə ancaq heyran olmaq olar. Biz Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləməyə davam edəcəyik. Rusiya işğalçı müharibəsini dayandırmalı və getməlidir”, - o
vurğulayıb.
Alpər