ABŞ Dövlət Departamenti Avstraliyaya 990 milyon dollar dəyərində 200 ədəd AGM-158C uzaqmənzilli gəmi əleyhinə raket satışının təsdiqləyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, satışla bağlı Konqresə bildiriş göndərilib. Satış paketinə bu raketlərin telemetriya variantları və DATM-158C təlim döyüş sursatları da daxil edilib.
Satışın gerçəkləşdirilməsi üçün Konqres 30 gün ərzində müsbət cavab verməlidir.
Camal