Avstraliya baş naziri Malkolm Törnbull ölkədə fəaliyyət göstərən 2 rus diplomatın deportasiyası barədə qərar qəbul edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, baş nazir diplomatlara Avstraliyanı tərk etmək üçün 7 gün verib. Daha əvvəl Avropa İttifaqına daxil 14 ölkə oxşar addımı atıb. Ötən gün ABŞ 60 rus diplomatın deportasiyasına qərar verib.
Qeyd edək ki, bu addımlara səbəb sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsidir. Cinayətin arxasında Rusiyanın olduğu iddia edilir.
Gülşən