Xəbər lenti

Avstraliya "quraqlıq diyarı"na çevrilir
Dünya07:10 08.08.2018

Avstraliya "quraqlıq diyarı"na çevrilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliya böyük quraqlıqla üz-üzədir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatının tamamilə quraqlıqdan əziyyət çəkdiyi elan edilib. Avstraliyanın kənd təsərrüfatının quraqlıqdan əziyyət çəkmə vəziyyəti isə "100%" göstərilir. 
Ölkədə, xüsusilə Cənubi Avstraliyada tarixin ən az yağıntısı qeydə alınan 2-ci payızı müşahidə edilir. Yeni Cənubi Uelslə birlikdə Viktoriya və Cənubi Avstraliya ştatında da eyni təhlükə var. Baş nazir Malkolm Törnboll ölkənin "quraqlıq diyarı"na çevriləcəyi barədə xəbərdarlıq edib. 
Qeyd edək ki, ölkədə 1997-2005-ci illərdə müşahidə edilən əsrin quraqlığı Avstraliyanın kənd təsərrüfatının 50%-ni məhv etmişdi.
Gülşən