Xəbər lenti

Avstraliyada böyük siyasi qalmaqal - A komandası
Dünya 19:23 29.02.2024

Avstraliyada böyük siyasi qalmaqal - A komandası

Avstraliya Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan keçmiş siyasətçinin ölkəni "aqressiv və təcrübəli” xarici casus xidmətinə "satdığını” bildirməsindən sonra ölkədə böyük siyasi qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Financial Times” yazır.

Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin illik hesabatında deyilir ki, xarici ölkənin xarici kəşfiyyatı "baş nazirin ailə üzvünə casuslarla əlaqəyə girməyi təklif edən keçmiş avstraliyalı siyasətçini müvəffəqiyyətlə hazırlayıb və casusluğa cəlb edib”. 

Avstraliya kəşfiyyatının rəhbəri Mayk Bercesin sözlərinə görə, bu cəhdin qarşısı alınıb, lakin başqa planlar həyata keçirilib. "Bu siyasətçi xarici rejimin maraqlarını təmin etmək üçün ölkəsini, partiyasını və keçmiş həmkarlarını satıb", - Berces bildirib. 

Bildirilir ki, hadisələr bir neçə il əvvəl baş verib və "zərərsizləşdirilib”. Kəşfiyyat xidməti bu cəhdin arxasında duran siyasətçinin və ya ölkənin adını açıqlamayıb. Bu, avstraliyalı siyasətçilərin tənqidinə səbəb olub.

Avstraliya xarici kəşfiyyat üçün "prioritet hədəf”dir, deyən Berces əlavə edib ki, xarici düşmən avstraliyalı mütəxəssislər, hökumət rəsmiləri və elm adamlarının sıralarına sızmaq üçün nəzərdə tutulmuş "A komandası” yaradıb. Berces həmçinin bildirib ki, Avstraliya xüsusi xidmət orqanları müəyyən bir ölkənin Avstraliyanın kritik infrastrukturunun zəif yerlərini müəyyən etmək üçün çoxsaylı cəhdlər etdiyinə dair sübutlar aşkar ediblər.
Avstraliya kəşfiyyatı "A komandası”nın fəaliyyətini təkcə Avstraliya üçün təhlükəni vurğulamaq deyil, həm də xarici kəşfiyyata onun "şəbəkəsinin ifşa edildiyi” barədə xəbərdar etmək üçün ictimailəşdirməyə qərar verdiyini söyləyib. 

"Mən istəyirəm ki, "A komandası” və onların sahibləri başa düşsünlər ki, əgər onlar Avstraliyanı hədəfə alırlarsa, Xidmət onları hədəfə alacaq, - Berces xəbərdarlıq edərək əlavə edib: - Biz onların işini mümkün qədər çətin, bahalı və ağrılı edəcəyik." 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->