Xəbər lenti

Avstraliyada danışan tutuquşu sahibini ölümdən qurtardı
Dünya08:55 05.11.2020

Avstraliyada danışan tutuquşu sahibini ölümdən qurtardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliyanın Brisben sakini Anton Nquyen danışan tutuquşu sayəsində yanğın zamanı ölümdən xilas olmağı bacarıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Sky News-un məlumatında deyilir. Yanğının gecə kişi yatarkən baş verdiyi bildirilir.

Nquyen deyir ki, tutuquşu Erik tüstü detektorları işə düşənə kimi onu oyadıb.

"Bir şappıltı eşitdim və Erik - mənim tutuquşum - qışqırmağa başladı. Beləliklə, yuxudan oyandım və tüstü iyi hiss etdim”, - Nquyen deyib.

O, əlavə edib ki, bundan sonra otağı alov aldığını görüb, tutuquşusunu götürüb və bir çanta əşyasını yığaraq tez evdən çıxıb.

Alpər