Xəbər lenti

Avstraliyada görünməmiş hadisə baş verib - VİDEO
Dünya07:51 04.08.2016

Avstraliyada görünməmiş hadisə baş verib - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliyanın İpsuiç şəhərində yaşlı ailənin evinin arxasındakı həyətdə nəhəng deşik əmələ gəlib. 

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, deşik təlatümlü su ilə doludur. 

Rey və Linn Makkeylərə evin arxasında deşik əmələ gəlməsi xəbərini qorxuya düşmüş qonşular verib. 

"Mən həyətə çıxdım və gördüm ki, torpaq deşilib. Əvvəlcə o lap balaca idi, amma getdikcə irilir"-deyə ailə başçısı Rey Makkey bildirib.

Şəhər meri Paul Pisasel mətbuata deyib ki, nə baş verdiyini dəqiqləşdirə bilmirlər:"Belə bir versiya var ki, torpaqda deşiyin açılmasına vaxtilə burada yerləşmiş mədən səbəb olub".

Qızılgül

Qaynarinfo.Az