Avstraliyada 18 mayda planlaşdırılan federal seçkilər üçün erkən səsverməyə start verilib.
Qaynarinfo xəbər verir ki, 16 milyondan çox seçici 18 maya qədər həftə içi hər gün seçkidə iştirak edə biləcək. Erkən səsvermə prosesi 18 mayda səyahət etməyi planlaşdıran, seçki təlaşı ilə özünü yormaq istəməyən və s. şəxslər üçün nəzərdə tutulub.
Seçki nəticəsində 150 yerlik parlament üzvləri müəyyənləşəcək və 3 il ərzində ölkəni idarə edəcək hökumət qurulacaq. Liderliyi İşçi Partiyasının əldə edəcəyi gözlənilir. Avstraliya hazırda Liberal və Milli Partiyanın yaratdığı koalisiya hökuməti tərəfindən idarə edilir.
Gülşən