Xəbər lenti

Avstraliyada sel fəlakəti: səfərlər təxirə salındı (FOTOLAR)
Dünya09:24 28.11.2018

Avstraliyada sel fəlakəti: səfərlər təxirə salındı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın Sidney şəhəri və ətraf ərazilər güclü yağış və sel fəlakəti ilə mübarizə aparır.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, şəhərə 2 saat ərzində aylıq yağıntı norması düşüb. Qasırğa və yağış şəhərə çatandan bəri 500 nəfər yardım üçün müraciət edib. Avtomobildə köməksiz qalan 11 nəfər xilas edilib. Yağıntı və külək səbəbilə enerji verilişində fasilə yaranıb, bir çox səfərlər, uçuşlar təxirə salınıb. 
Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, 1984-cü ilin noyabrından bəri ərazidə ən böyük yağıntı qeydə alınıb.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!