Avstraliyanın Melburn şəhərində yerləşən Tooradin hava limanı yaxınlığında qəza baş verib.
Qaynarinfo xəbər verir ki, boş əraziyə düşən kiçik təyyarədəki 5 nəfər sağ xilas edilib. Viktoriya Təcili Yardım qrupu qəza yerinə çatıb və həmin şəxslərə ilkin müdaxiləni edib.
Qəzanın səbəbi qeyri-müəyyəndir.
Gülşən