"Sarışın bomba” ləqəbli avstraliyalı boksçu Ebani Bridces yanvarın 9-da etdiyi paylaşımla izləyicilərini şoka salıb.
Qaynarinfo xəbər verir ki, Avstraliyada yaşayan və sosial mediadan aktiv istifadə edən Bridces evində tapdığı bir hörümçəyin videosunu paylaşıb.
İdmançı paylaşımına şərh olaraq "Avstraliyaya gəlmək istəyən varmı? Bu hörümçək ayaqqabımın içində gizlənirdi" sözlərini yazıb.
Onun ayaqqabısının içindən çıxan bu canlının dünyanın ən zəhərli hörümçəyi sayılan Atracidae olduğu müəyyənləşib. Avstraliyaya xas olan hörümçəyin zəhəri insanı 15 dəqiqə ərzində öldürmək gücünə malikdir. Bu da o anlama gəlir ki, diqqətsiz şəkildə ayaqqabılarını geyinməsi boksçunun ölümünə səbəb ola bilərdi.
Karyerası ərzində 7 qələbə və 1 məğlubiyyət olan Bridces yeganə məğlubiyyətini ötən ilin aprelində Şennon Kurtenaya qarşı döyüşdə alıb. O, 2020-ci ildən bəri Avstraliyanın qadın boksçuları arasında super çəki dərəcəsindəki titulunu qoruyub saxlayır. Bridces 2016 və 2017-ci illərdə "Qızıl Qlobus" mükafatını da qazanıb.