Avstraliyanın xarici işlər naziri Culi Bişop istefa verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nazir istefasını baş nazir Skott Morrisona təqdim edib və parlamentdə millət vəkili kimi fəaliyyətinə davam edəcəyini bildirib.
2013-cü ildən bəri xarici işlər naziri vəzifəsini icra edən 62 yaşlı Bişop sabiq baş nazir Malkolm Törnballın vəzifəsindən kənarlaşdırılmasından bir neçə gün sonra istefa verib.
Gülşən