Avstriya prezidenti Aleksander Van der Bellen hökuməti buraxıb.
Qaynarinfo xəbər verir ki, qərara səbəb ötən gün parlamentdə keçirilən etibar səsverməsində kansler Sebastian Kurzun məğlub olmasıdır. Kanslerin vəzifələrini müvəqqəti olaraq maliyyə naziri Hartviq Löqer icra edəcək. Hökumətin digər üzvləri isə müvəqqəti hökumət yaradılana qədər vəzifələrində qalacaq.
Qeyd edək ki, 31 yaşlı Sebastian Kurz Avropanın ən gənc hökumət rəhbəri kimi tarixə düşüb. O, 525 gün ölkənin baş naziri kimi fəaliyyət göstərdi.
Gülşən