Xəbər lenti

Avstriya kansleri: "Türkiyə Aİ-də ola bilməz"
Dünya18:15 11.09.2023

Avstriya kansleri: "Türkiyə Aİ-də ola bilməz"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriya kansleri Karl Nehammer Türkiyəni Avropa İttifaqının üzvü kimi təsəvvür edə bilmədiyini deyib və dondurulmuş üzvlük danışıqlarına son qoymağa çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Welt"ə müsahibəsində bildirib. 
Müsahibədə Nehammerin şərhləri Türkiyə xarici işlər nazirinin Türkiyənin Aİ-yə üzvlüyünü sürətləndirmək çağırışı və Aİ-nin "Türkiyəsiz həqiqətən qlobal oyunçu ola bilməz” bəyanatı ilə bağlıdır.
"Biz Ankara ilə Brüsselin daha da yaxınlaşmasının tərəfdarıyıq, lakin Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü ağlasığmazdır. Bir-birimizlə münasibətlərimizdə dürüst olmaq vacibdir. Bura digər məsələlərlə yanaşı, uzun illərdir dondurulmuş üzvlüklə bağlı danışıqların rəsmi şəkildə dayandırılması və yeni əməkdaşlıq konsepsiyasının hazırlanması da daxildir”, deyə kansler bildirib. 
Nehammer əlavə edib ki, Türkiyə Aİ üçün mühüm tərəfdaşdır və yeni tərəfdaşlıq formatı iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa əsaslanmalıdır.
Kansler yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməli olduğunu da bildirib.
Xatırladaq ki, Türkiyə 1999-cu ildən Aİ-yə üzv olmaq üçün namizəd statusuna malikdir, üzvlüklə bağlı danışıqlar 2005-ci ildə rəsmən başlayıb. Danışıqlar 2018-ci ilin iyun ayından etibarən faktiki olaraq dondurulub.
Nizami Bağırov