Xəbər lenti

Avstriya Rusiyanın müharibə cinayətlərini mühakimə edəcək
Dünya07:39 18.04.2022

Avstriya Rusiyanın müharibə cinayətlərini mühakimə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriya hökuməti Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərini mühakimə etmək istəyir. 
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Avstriya Press agentliyinin məlumatında deyilir. 
Avstriya ədliyyə naziri baş prokurora müharibə cinayətləri məsələsində daxili yurisdikasiyanın tələblərini müəyyənləşdirməyi tapşırmaq barədə istəyini təsdiqləyib.
Bu barədə xəbər Avstriya kansleri Karl Nehammerin Rusiyaya səfəri zamanı Putinlə söhbətdə yaşanan gərginliklə bağlı açıqlamasından sonra verilib. 
Avstriya kansleri müharibənin dəhşətlərini, bir çox kənd və şəhərlərdəki müharibə cinayətlərini özü şəxsən gördüyünü bildirib. 
Bildirilir ki, prokurorluq Avstriyaya gələn ukraynalı qaçqınların ifadələrinə əsaslana bilər. 
 
Nurlan Hüseynov