Xəbər lenti

Avtobus körpüdən aşdı: 6 ölü
Dünya05:15 08.08.2013

Avtobus körpüdən aşdı: 6 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyada avtobus körpüdən aşıb. Nəticədə azı 6 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Assosiated Press məlumat yayıb. Hadisə Rio-de-Janeyro yaxınlığında yerləşən İtaquai şəhərində baş verib. Avtobus 40 metr hündürlükdən yerə düşüb.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə zamanı avtobusda olan sərnişinlərin, habelə yaralananların sayı barədə məlumat verilmir. Bununla yanaşı ABŞ-ın CNN telekanalı Braziliya kütləvi informasiya vasitələrinə istinadən 30 nəfərin yaralandığı barədə xəbər yayıb.

Qaynar.info