
Avtomobil alanların əksəriyyəti bilir ki, bu nəqliyyat vasitəsini alarkən sonradan peşman olmamaq üçün yüz ölçüb, bir biçmək daha yaxşıdır. Ətrafımızdakılardan almaq istədiyimiz maşınla bağlı maraqlanırıq, məsələ barədə daha çox məlumatı olanlardan daha çox soruşuruq. Amma bunun üçün çox uzağa getmək lazım deyil, təqdim edəcəyimiz yazı yaxın zamanlarda avtomobil alacaq şəxslər üçün faydalı olacaq.
"Qaynar" a24.az-a istinadla 10 faydalı məsləhəti təqdim edir:
1 – Büdcənizə uyğun olan avtomobili seçin. Büdcənizi, aylıq gəlirinizi və xərclərinizi hesaba qataraq alacağınız avtomobili müəyyən edin.
2 – Yaxşıca araşdırın. Əvvəlcə ehtiyaclarınıza cavab verən avtomobilləri seçin, daha sonra bu sayı 3-ə endirin. Bu üsul qərar verməyinizi asanlaşdıracaq.
3 – 0 km avtomobilmi, yoxsa ikinci əlmi? Son zamanlar 0 km avtomobillərin qiymətlərinin yüksəlməsi alıcıları ikinci əl avtomobil almağa yönləndirir. Odur ki, ikinci əl avtomobillərin satıldığı maşın bazarlarını dəyərləndirin.
4 – Avtomobil qalereyalarını və dilerləri gəzin, ordakı qiymətlərlə maraqlanın. Bundan başqa, imkan olduqca internet saytlarını və tanışlarınızdan məlumat alın. Onu da deyək ki, avtomobillər haqqındakı ən düzgün məlumatı maşın alıb-satanlar verəcək.
5 – Borclarınızı müəyyənləşdirib avtomobil alın. Bir çox insanlar avtomobil alarkən kredit götürür və ya borclanır. Odur ki, əvvəlcədən maddi xərclərinizi müəyyənləşdirin.
6 – İlk bəyəndiyiniz avtomobili almayın. İlk bəyəndiyiniz avtomobili araşdırın, sınaqdan keçirmək üçün sürün, lazımi məlumatları alın və digərlərinə keçin.
7- Əgər avtomobil alarkən kreditlə borc götürməyiniz vacibdirsə, ən münasib olanını, faiz dərəcəsi aşağı olanını araşdırın. Çünki yüksək faiz dərəcəsi ilə alacağınız kredit qarşıda sizi çox çətinə sala bilər.
8 – Satıcıya yüksək qiymətli avtomobil alacağınızı heç vaxt söyləməyin. Çünki ağlınızdakı yüksək rəqəmi satıcıya desəniz, bundan aşağı qiymətə bir avtomobil təklifini gözləməyin.
9 – Bundan başqa, uyğun zamanı gözləyin. Çünki avtomobil qiymətləri enib-yüksəlir. Maşın bazarındakı qiymətləri təqib etsəniz son dərəcə münasib qiymətə avtomobil ala biləcəksiniz.
10 – Hisslərinizi idarə edin. Təzə avtomobil almaq həyəcanverici bir hadisə ola bilər. Odur ki, dadını çıxarın. Lakin qərarınızı verdikdən sonra belə ən azı 24 saat gözləməlisiniz.
Qaynar.Az