Xəbər lenti

Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü
Ölkə09:14 28.04.2025

Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ölümlə nəticələnən qəza baş verib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.
2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi "AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.