Xəbər lenti

İdman 13:11 02.08.2023

Avtomobildə silah gəzdirən basketbolçu yaxalandı

NBA-da "Los Angeles Clippers"in formasını geyinən Amir Koffi həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 26 yaşlı basketbolçunun həbsinə səbəb kimi odlu silah gəzdirməsi göstərilib. 

"TMZ Sports"un məlumatına görə, bazar günü Los Ancelesdə patrul dövriyyəsində olan polis qrupu sürət həddini aşan bir avtomobili saxlayıb. Nəqliyyat vasitəsindən ağır narkotik qoxusu gəldiyini hiss edən asayiş keşikçiləri avtomobilin içərisində axtarış edib və darağı dolu olan silah da tapıb.

Avtomobildə sərnişin kimi qələmə verilsə də Koffi, silahın ona aid olduğunu etiraf etdikdən sonra həbs olunub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->