Xəbər lenti

Avtomobilini Rusiya səfirliyinin darvazasına çırpdı, özünü yandırdı (FOTO)
Dünya07:34 06.04.2022

Avtomobilini Rusiya səfirliyinin darvazasına çırpdı, özünü yandırdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyanın paytaxtı Buxarestdə Boqdan Draqiç adlı şəxs avtomobilini Rusiya səfirliyinin darvazasına çırpıb. 
Qaynarinfo Digi24 telekanıla istinadən xəbər verir ki, Draqiç bu addımı Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq atıb. 
Hadisənin kənardan müşahidə edənlər deyib ki, maşın səfirliyin darvazısına çırpılandan sonra mühafizəçi Draqiçdən dərhal ərazidən uzaqlaşmağı tələb edib. Etirazçı isə mühafizəçiyə qışqıra-qışqıra nəsə deyib və sonra özünü yandırıb. Hadisə nəticəsində Boqdan Draqiç həyatını itirib. 
Rumınıya prokurorluğu isə olayın sadəcə qəza olduğunu bildirib və şəxsin öldüyünü təsdiqləyib. Hazırda olayla bağlı araşdırmalar aparılır. 
Seyid