İspaniyada idarəetməni itirən bir sürücü avtomobili ilə kilsəyə girib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Toledo şəhərinin cənubunda yerləşən Sonseka qəsəbəsində olub. Polis Müqəddəs San Xuan Yevanqalista Kilsəsinə zərər vuran şəxsi saxlayıb.
Təşvişə düşən sürücü ifadəsində "Şeytandan qaçdım. Ondan gizlənirdim",- deyib.