Xəbər lenti

Çavuşoğlu ABŞ-da keçirilən seçkiyə münasibət bildirdi
Dünya14:10 06.11.2020

Çavuşoğlu ABŞ-da keçirilən seçkiyə münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Türkiyə hər hansı bir Amerika rəhbərliyi ilə - həm demokratlar, həm də respublikaçılarla işləməyə hazırdır”.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Seçkilər ABŞ-da gözlənildiyi kimi çox gərgin davam edir. Yarışda da gərginlik gördük və hətta parçalanma müşahidə etdik və bundan narahat olduq.

Bu, ABŞ-ın daxili işi olduğundan başqa bir şəkildə şərh verməyəcəyəm, - Çavuşoğlu NTV kanalının efirində deyib. - Keçmişdə Türkiyə fərqli idarələrlə iş birliyində olmuş, enişli-yoxuşlu yol keçmişik. Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-ın yeni rəhbərliyi ilə də eyni cür ünsiyyət saxlayacağıq".

Alpər