Xəbər lenti

“AXCP-nin də namizədi olacaq”
Siyasət10:41 07.03.2013

“AXCP-nin də namizədi olacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov təmsil etdiyi partiyanın “EL” Hərəkatı ilə əməkdaşlıq edib-etməyəcəyinə aydınlıq gətirib.

H.Kərimov Qaynar.info-ya açıqlamasında deyib ki, AXCP yaranan bütün birlikləri dəstəkləyir: “Məsləhətlərimiz eyni olarsa, bütün birliklərlə əməkdaşlıq etməyə hazırıq. “EL” Hərəkatından İctimai Palataya, o cümlədən AXCP-yə əməkdaşlıqla bağlı müraciət etməyiblər. Müraciət edərlərsə, bunu dəyərlədirib qərar verəcəyik. Biz bu sistemə qarşı yaranan birlikləri dəstəkləyirik”.

AXCP funksioneri qeyd edib ki, namizəd məsələsi gündəmdə deyil: “İctimai Palata və AXCP olaraq mövqeyimiz ondan ibarətdir ki, müxalifətin daha geniş inteqrasiyasına nail oduqdan sonra bu məsələləri müzakirə edək. Həmçinin, biz cəmiyyətin mövqeyini də dəyərləndirəcəyik. Bilirsiz ki, İsa Qəmbər, İlqar Məmmədov namizədliklərini irəli sürüblər. Eldar Namazov da namizədliyini irəli sürə bilər. Yəni bu işlər yekunlaşdıqdan sonra müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Təbii ki, AXCP-nin də öz namizədi olacaq”.

İlkin
Qaynar.info