Ukrayna lideri Vladimir Zelenski İsrailə səfər etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, "Axios"un hər iki ölkənin rəsmiləri və Ynetdəki mənbələrə istinadən verdiyi
məlumata görə, bu, "Həmas ilə müharibə fonunda həmrəylik səfəri” olacaq.
Media yazır ki, Zelenskinin ofisi artıq İsrail baş nazirinin ofisinə səfərin əlaqələndirilməsi xahişi ilə rəsmi sorğu göndərib. Tarix hələ razılaşdırılmayıb.
Daha əvvəl "The Washington Post” yazıb ki, Zelenski İsrailin hazırkı vəziyyətini keçən ilin fevralında Şimali Atlantika Müqaviləsi Təşkilatının yaranması ilə müqayisə edib. Media əlavə edib ki, o, HƏMAS ilə müharibə başlayandan sonra Netanyahuya zəng edən ilk dövlət liderlərindən biri olub.
Eyni zamanda, ötən il Kiyev Tel-Əvivi Ukrayna münaqişəsində neytral mövqeyinə görə qınayıb. Zelenskinin ofisi qeyd edib ki, Ukrayna əvvəllər indi Kiyevə kömək edən ölkələrlə müqayisədə İsraillə daha çox dostluq münasibətlərinə malik olub.
Xatırladaq ki, İsrail Rusiyanın hərbi əməliyyata başlamasını pisləyib, lakin Ukraynaya hərbi yardım göstərməkdən imtina edib.
Alpər