Xəbər lenti

Ay tozu satışa çıxarılacaq
Dünya09:35 20.07.2017

Ay tozu satışa çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aya ilk ayaq basan insan olan Luis Armstronqun istifadə etdiyi kiçik torba və içindəki ay tozu satışa çıxarılacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda təşkil ediləcək auksionda satışa çıxarılacaq içində Aydan nümunələr olan torbaya 2-4 milyon dollar arasında qiymət qoyulacaq. 

Qeyd edək ki, bu torbanın bir müddət əvvəl kimə aid olmasına məhkəmə qərar vermişdi. 2015-ci ildə "ebay" online alış-veriş saytından torbanı 995 dollara alan Nansi Karlson test üçün NASA-ya göndərmiş, lakin NASA bu əşyaların geri alınması üçün məhkəməyə müraciət etmiş, torbanın ABŞ xalqına aid olduğunu iddia etmişdi. Məhkəmə isə Karlsonun xeyrinə qərar çıxarıb.

Gülşən

Qaynarinfo.Az