Xəbər lenti

Ayağı sınan itə görə dava etdi - 1200 manat cərimələndi
Ölkə 12:52 18.10.2024

Ayağı sınan itə görə dava etdi - 1200 manat cərimələndi

Bakıda ayağı sınan itə görə gənclər arasında dava olub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl Nizami rayonunda məhələllərin birində baş verib. 

Belə ki, naməlum şəxs məhəllədə itin ayağını sındırıb. Məhəllə sakinləri ayağı sınan itin başına yığışıblar. Rəşid adlı gənc iti vuran şəxsdən dərhal həmin ərazini tərk etməsini tələb edib. Bu zaman 2002-ci il təvəllüdlü Sənan iti vuran şəxsi müdafiə etməyə başlayıb. 

Rəşid Sənana "bir dəqiqə səbrli ol, biz özümüz həll edirik" deyib. Sənan isə "Sən uşaqsan, get işinlə məşğul ol" deyə cavab verib. Daha sonra Rəşid Sənana "Nə yekə-yekə danışırsan" deyib və aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Sənan Rəşidin baş nahiyəsindən vuraraq, xəsarət yetirib. 

Məhkəmənin qərarı ilə Sənan Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1200 manat cərimə cəzasına məhkum edilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->