Xəbər lenti

Ayanın Makedoniya istirahəti - FOTOLAR
Maqazin12:17 28.06.2016

Ayanın Makedoniya istirahəti - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yay ayları başladığına görə şou-biznes nümayəndələri ilin yorğunluğunu müxtəlif ölkələrdə dincələrək keçirir. Kimisi ailəsi, kimisi isə dostları ilə birlikdə xaricə səfər edir.

Qaynarinfo.az xəbər verir ki,  qızı Selin ilə birlikdə istirahətə çıxan müğənnilərdən biri də elə bu yaxınlarda Türkiyədə özünə ən yeni model “BMW” markalı avtomobil alan Ayan Babakişiyevadır. Türkiyə dincəldikdən sonra Ayan Makedoniyaya yollanıb. İfaçı fotolarını sosial şəbəkədə paylaşıb: 

“Çox maraqlı və gözəl ölkədir. Amma kasıbdılar və turizm o qədər də çox inkişaf etməyib. Qədim tarixi var. Əsl istirahət etməli yerdir. Artıq türkiyəli iş adamları orada biznes qurmağa başlayıblar. Həm mənim, həm də ailəm üçün dəyişiklik oldu. İnsanların çoxu alban türkcəsində danışırlar”.

Qaynarinfo.az