Xəbər lenti

Ayda su tapılıb - VİDEO
Dünya18:25 27.08.2013

Ayda su tapılıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda alimlər ayda suyun buz və ya hidromineral şəklində mövcudluğundan əminliklə danışa bilirlər.

Su artıq ayda da var. Hindistanın “Çandrayan” kosmik aparatının çəkdiyi fotoşəkillərin öyrənilməsi ayın görünən tərəfində yerləşən kraterlərdə suyun aşkar olunmasına yardımçı olub. "Nature Geoscience" jurnalında dərc olunan məlumata görə, hazırda alimlər ayda suyun buz və ya hidromineral şəklində mövcudluğundan əminliklə danışa bilirlər.

Ay üzərində suyun aşkar edilməsi alimlərdə iki sual doğurur - su orada necə peyda olub və onun mənbəyi hardadır? Bir sıra astronomlar hesab edir ki, Ayda suyun yaranması Günəşin fəaliyyəti ilə əlaqəlidir, digər astronomlar isə bunun kometlərin hərəkəti ilə əlaqəli olduğunu ifadə edir. 2012-ci ilin oktyabrında Ayda suyun əmələ gəlməsinin Günəşin fəaliyyəti ilə əlaqəli olması ilə bağlı bəzi dəlillər təqdim olunub. Belə ki, araşdırmalar nəticəsində alimlər belə qanaətə gəliblər ki, Ayda olan bəzi minerallar kraterə Günəş küləyinin vasitəsi ilə düşür. Bu kimi araşdırmalar alimlərə suyun elə Ayda formalaşmasını düşünməyə əsas verir. 

Qaynar.info