Xəbər lenti

Aydan Salahova karantinə alındı (FOTO)
Sağlamlıq06:10 13.03.2020

Aydan Salahova karantinə alındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.
Qaynarinfo open.az-a istinadən xəbər verir ki, bu barədə A.Salahova şəxsi "Facebook” hesabından paylaşım edib.
O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.
Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.