Xəbər lenti

Aygün Bəylər xəstəliyindən danışdı (VİDEO)
Sənət15:52 19.03.2023

Aygün Bəylər xəstəliyindən danışdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Aygün Bəylər xəstəliyindən danışıb. 
Qaynarinfo xəbər verir ki, xərçəngdən əziyyət çəkən xanəndə bu haqda "Günaydın, Azərbaycan"da bəhs edib. O bildirib ki, xəstəliyindən 1 il əvvəl xəbər tutub:
"Sənət üçün doğulmuşuq. Bizim də işimiz sağlam, xəstə, hər kəsin könlünü oxşayaq. Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imtahanı, qismətidir. Hər şeyimi sənətə bəxş etmişəm: sağlamlığımı, var-dövlətimi, qazandığım pulları. Mənim üçün xalqın alqışı önəmlidir. Bu xəstəliyi Allah verdi ki, göstərsin xalqın duaları ilə səni həyata qaytardım. Yaşamaq çox çətindir. O ki qaldı sənətçi üçün. Çəkilişlərə qaçıram, baxıram ciyərim, başqa yerim ağrayır. Amma deyirəm, eybi yox, xalq dua edəcək və sağalacağam.