Xəbər lenti

Aysel ərindən boşanmasının səbəbini açıqladı
Maqazin08:18 16.03.2016

Aysel ərindən boşanmasının səbəbini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktrisa Aysel Nazim həyat yoldaşından ayrılmasından danışıb. 

Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, o, "Bizimləsən" verilişində boşanma səbəbini açıqlayıb:

"Beş-altı ay bundan əvvəl həyat yoldaşımdan ayrılmışam. Sevgi paylaşılmamalıdır. Əgər sevgi bitirsə və sən onu paylaşdığından şübhələnirsənsə, bu ailəni davam etdirmək olmaz. Bunu bitirmək lazımdır. Sizin ortaq nöqtəniz, övladınız var. Sevgi bitsə də, aradakı hörməti sonlandırmaq olmaz. Bunu uşağa görə saxlamalısan. Uşaq həyat yolunda bir anasının əlində qala bilməz. Bizdə başqa problemlər var idi. Mən həyat yoldaşıma sədaqət və sevgi vermişəm. Bunun qarşılığını görmədiyim üçün ayrıldım. Çünki sevgi qarşılıqlı olmalıdır".

Qeyd edək ki, A.Nazimin bir oğlu var.

Qaynar.info