Xəbər lenti

Ayxan Abbasov "Şamaxı"dan getdi
İdman18:23 23.05.2026

Ayxan Abbasov "Şamaxı"dan getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şamaxı” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 44 yaşlı mütəxəssisin klubla olan müqaviləsinin müddəti başa çatıb.
Şamaxı təmsilçisi ayrılıqla bağlı təcrübəli baş məşqçiyə xüsusi təşəkkürünü ünvanlayıb:
"Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ilin iyun ayından "Şamaxı”nın sükanı arxasında idi.