Xəbər lenti

Azadlıq meydanında ağır qəza: Ölən var - FOTO
Ölkə19:05 09.06.2013

Azadlıq meydanında ağır qəza: Ölən var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, iyunun 9-da saat 23.30 radələrində “Mercedes Gelandwagen” markalı avtomobil Azadlıq meydanında 15-16 yaşlarında qızı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən andan Azadlıq meydanı ətrafında böyük tıxac yaranıb. Yol polisinin əməkdaşları hadisə yerində iş aparır.

Hadisə yerində olan polislər APA-ya bildiriblər ki, qəzanı törədən sürücü artıq saxlanıb.

Qaynar.info