Xəbər lenti

“Azadlıq” radiosunun müxbiri döyüldü
Dünya16:49 01.05.2014

“Azadlıq” radiosunun müxbiri döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada rusiyameylli separatçıların qarışıqlıq salması və qanunsuz olaraq hakimiyyəti ələ keçirmələri prosesləri davam edir. 
ANS PRESS-in verdiyi məlumata görə, Xarkovda Ukraynanın federallşması mitinqinin iştirakçıları “Azadlıq” radiosunun müxbiri Vladimir Noskova hücum ediblər. 
Mitinq iştirakçılarını izləyən jurnalist və onun çəkiliş qrupu Ukrayna bayraqlarını yandıran rusiyameyllilər tərəfindən hücuma məruz qalıb. 
Kütlənin əlindən jurnalistləri milislər zorla alaraq rayon milis şöbəsinə aparıblar. 
“Azadlıq” radiosunun müxbiri Vladimir Noskovun sözlərinə görə, onlara məxsus texnika zədələnməyib, lakin onun özü bədən xəsarətləri alıb.
Qaynar.info