
Tibetli bir qadın Çin rejiminə etirazını bildirmək üçün özünü yandırıb.
Qaynar.info-nun Azad Asiya radiosuna istinadən verdiyi məlumata görə, 30 yaşlı kalkyi adlı qadın ölkənin Aba əyalətində yerləşən məbədin yaxınlığında özünü yandırıb.
Bu hadisə ilə özünü yandıran tibetli qadınların sayı 16-ya çatıb.
Ümumilikdə isə 2009-cu ildən bəri 100-dən çox tibetli Çinin diktatura rejiminə etiraz olaraq özlərini yandırıblar.
Qaynar.info