"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ilin yanvar-iyun aylarında 1,9 milyon sərnişinə xidmət göstərib.
Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Hesabt dövründə AZAL 8 462 reys yerinə yetirib. Bu göstərici 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 7 %-lik artım deməkdir. Marşrut şəbəkəsi isə 52 istiqamətə çatdırılıb.
Bundan başqa, AZAL-ın donanmasına 3 yeni nəsil "Airbus" təyyarəsi əlavə olunub.
AZAL həmçinin Şımkentə birbaşa uçuşlara başlayıb, Brüssel, Qars, Aktöbə və Atırau istiqamətləri üzrə bilet satışını açıb, rəqəmsal xidmətlərini genişləndirərək sərnişin təcrübəsini daha da təkmilləşdirib.
Şərhlər