Xəbər lenti

AZAL: Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir
Ekonomiks13:23 20.08.2024

AZAL: Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir.
Bu barədə Qaynarinfo-ya "Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
Bildirilib ki, bu səbəbdən milli aviadaşıyıcı yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir. Mövcud vəziyyətin həlli məqsədilə Naxçıvana əlavə təyyarələr göndəriləcək ki, bu da sərnişinlərin Bakıya çatdırılmanı sürətləndirməyə imkan verəcək.
Bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.