"Sumqayıt" Misli Premyer Liqasının 2025/2026 mövsümündə 5-ci dəfə penaltidən yararlana bilməyib.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.
XXIX turun "İmişli" ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən dəqiq ola bilməyib.
Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. "Şəfa" 2001/2002 mövsümündə 5, "Qarabağ" 2020/2021, "Sabah" isə 2022/2023 mövsümündə eyni sayda – 9 imkanın dördündən istifadə edə bilməyib.
"İmişli" ilə görüşədək bu antirekordun şəriki olan "Sumqayıt" artıq həmin üç komandanı da "geridə qoyub".
Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.
Şərhlər